Siyasət

25 Sentyabr

ABŞ-ın strateji neft ehtiyatı minimum səviyyəyə endi

ABŞ-ın strateji neft ehtiyatı 427 milyon barelə qədər azalaraq 1983-cü ildən bəri ən aşağı səviyyəyə çatıb.

Bu barədə Fins.az "The Wall Street Journal"a istinadən xəbər verir.

Buna səbəb ABŞ prezidenti Co Baydenin yanacağın qiymətini endirməsi məqsədilə 180 milyon barel neftin buraxılmasına göstəriş verməsi ilə əlaqədar olub. Məlumata görə, strateji ehtiyatın ümumi həcmi təxminən 727 milyon barel təşkil edir.