Siyasət

20 Sentyabr

Sofiya Azərbaycandan əlavə 200-300 milyon kubmetr qaz almağa ümid edir

Bolqarıstan qarşıdan gələn istilik mövsümü üçün Azərbaycandan əlavə 200-300 milyon kubmetr qaz almağa ümid edir.

"Fins.az" xəbər verir ki,bunu Bolqarıstanın energetika naziri Rozen Xristov deyib.

“Azərbaycanla ən azı istilik mövsümü üçün qaz həcmlərinin daha 200-300 milyon kubmetr artırılması barədə danışıqlar aparılır. Azərbaycan tərəfinin bu təklifi müzakirə etməyə hazır olduğunu göstərən əlamətlər var”, - deyə Bolqarıstan Teleqraf Agentliyi (BTA) nazirin sözlərindən sitat gətirir.

Qeyd edək ki,  Xristov Azərbaycan tərəfi ilə danışıqların uğurla başa çatacağına ümidvar olduğunu bildirib.

Bolqarıstan Azərbaycandan 1 milyard kubmetr təbii qazın tədarükü haqqında müqaviləimzalasa da, kifayət qədər infrastrukturun olmaması ilə əlaqədar faktiki tədarük həcmi azdır. Yunanıstan-Bolqarıstan interkonnektorunun 2022-ci il oktyabrın 1-dən etibarən işə salınması Azərbaycandan Bolqarıstana müqavilədə göstərilən həcmdə - 1 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək ki, bu da ölkənin qaza tələbatının üçdə birini təşkil edir. Bununla belə, Sofiya Azərbaycandan əlavə olaraq ildə 0,5-1 milyard kubmetr qaz almağa ümid edir.