Siyasət

20 Sentyabr

SOCAR Methanol 92,5 milyon dollar dəyərində metanol ixrac edib

“SOCAR Methanol” MMC 2022-ci ilin yanvar-avqust aylarında 357,5 min ton metanol ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 81,3% çoxdur.

Bu barədə "Fins.az"-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sentyabrın 1-nə olan vəziyyətə görə, müəssisənin anbarında 38,6 min ton hazır məhsul var.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 8 ay ərzində “SOCAR Methanol” $92 milyon 504,39 min dəyərində 319 min 882,78 ton metanol ixrac edib. Hesabat dövründə ixracın ümumi həcmində metanolun payı 0,35%, qeyri-neft məhsullarının ixrac həcmində 4,91% təşkil edib.