Siyasət

20 Sentyabr

ASK Şüşə nizamnamə kapitalını 11,6% azaldıb

“ASK Şüşə” MMC nizamnamə kapitalının azaldıldığını elan edib.

"Fins.az" xəbər verir ki, cəmiyyətin nizamnamə kapitalı 4 milyon 122,122 min manat və ya 11,6% azaldılaraq 31 milyon 305,541 min manat müəyyən edilib.

Nizamnamə kapitalının azaldılmasının səbəbləri açıqlanmır.

“Kreditorlar 30 gün müddətində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 35, məhəllə 1033 ünvanına bildirə bilərlər”, - deyə məlumatda qeyd olunur.

“ASK Şüşə” MMC Azərbaycan Sənaye Korporasiyasının strukturuna daxildir.