Siyasət

20 Sentyabr

Pərviz Şahbazov neftçiləri təbrik edib

Azərbaycan energetika naziri Pərviz Şahbazov “Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü münasibəti ilə neftçiləri təbrik edib.

"Fins.az" xəbər verir ki, nazir bu barədə özünün "Twitter" hesabında paylaşım edib.

"20 sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesinin inkişaf tarixini yaradan, şərəfli neftçi peşəsinin dəyərlərini keçmişdən bu günümüzə ləyaqətlə daşıyan neftçilərimizi təbrik edir, həyat və fəaliyyətlərində uğurlar arzulayıram", - deyə paylaşımda qeyd edilir.