Belarusun "Qomselmaş" kənd təsərrüfatı maşınları zavodu oktyabr ayından etibarən Cognitive Pilot (Sberbank və Cognitive Technologies-in törəmə şirkəti) tərəfindən hazırlanmış süni intellekt sistemləri ilə təchiz olunmuş kombaynların seriyalı istehsalına başlayacaq.
"Fins.az" xəbər verir ki, bu barədə Rusiya şirkətinin mətbuat xidmətindən məlumat verilib.
"Cognitive Agro Pilot" süni intellekt texnologiyalarına əsaslanan kənd təsərrüfatı texnikası (kombayn, traktor, çiləyici) üçün avtonom idarəetmə sistemidir ki, bu da mexanizatora işin keyfiyyətinə nəzarəti diqqət mərkəzində saxlamaqla, maşınların idarə edilməsini (və ya məhsul yığımı prosesini) robota həvalə etməyə imkan verir.
"Cognitive Pilot"un məlumatına görə, sürücüsüz kombayn məhsul itkisini 13%-ə qədər, həmçinin biçin vaxtını 25% azalda bilər.
"Qomselmaş kombaynlarında süni intellektin olması onların rəqabət qabiliyyətini artıracaq", - Zavodun İnkişafı üzrə direktor müavini Dmitri Mulyar deyib.