"Bakı Dəmir Beton-8" ASC-nin növbədənkənar ümumi yığıncağının keçirilməsi zərurəti yaranıb.
"Fins.az" xəbər verir ki, ASC-nin Ləğvetmə komissiyasının yaydığı məlumatda bildirilir ki, ümumi yığıncaq 4 noyabr 2022-ci il saat 11:00-da Bakı şəhəri, Dərnəgül qəs., Ə.Rəcəbli küç., 11/33 ünvanında keçiriləcəkdir.
1. "Bakı Dəmir-Beton-8" ASC-nin ləğv edilməsinin baş tutmamış elan edilməsi və cəmiyyətin ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyasının ləğv edilməsi.
2. Cəmiyyətin idarəetmə orqanlarının formalaşdırılması (Müşahidə Şurasının yenidən seçilməsi və qanuni təmsilçilik funksiyasını icra edən yeni direktorunun təyin edilməsi).
3. Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ərizə ilə müraciət edilməsi.
4. Cəmiyyətin əmlakının üçüncü şəxslərə özgəninkiləşdirilməsi (satılması).