Bu il Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə Türkiyə və Avropaya ümumilikdə 11 mlrd. kubmetr qaz nəql edilib.
"Fins.az" xəbər verir ki,bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.
“Türkiyə TANAP ilə 3,7 mlrd. kubmetr, cəmi 5,4 mlrd. kubmetr, Avropa isə 7,3 mlrd. kubmetr Azərbaycan qazı ilə təchiz olunub”, - deyə tvittdə bildirilib.