Prezident İlham Əliyev İtaliyaya səfəri çərçivəsində sentyabrın 2-də “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumunda iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
İ.Əliyev forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.