Siyasət

02 Sentyabr

BOTAŞ Azərbaycandan maye qaz almaq üçün 300 milyon avro kredit götürə bilər

Türkiyənin Boru Xətləri ilə Neft Nəqli Anonim Şirkəti (BOTAŞ) bu ilin sonuna qədər Azərbaycandan maye təbii qazı almaq üçün 300 milyon avro (300 milyon dollar) sindikatlaşdırılmış kredit cəlb etmək istəyir.

Məlumata görə, bu il Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar BOTAŞ-ın xərcləri artıb və şirkət bazardan böyük məbləğdə nağd xarici valyuta alıb. Nəticədə onun Türkiyə Mərkəzi Bankındakı (TMB) hesabı ilə əməliyyatların dəyəri rekord həddə çatıb. Bu il tənzimləyici qurum BOTAŞ-ı xarici valyuta ilə təmin etmək üçün ehtiyatlarından 18 milyard ABŞ dolları xərcləyib və iyulda şirkətə valyuta satışını dayandırıb. Həmin ay BOTAŞ “Deutsche Bank AG”dən (Almaniya) 929 milyon dollar dollar borc alıb.