Bu ilin yanvar-iyun aylarında Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 5 420 528,141 ton neft idxal edib ki, bu da illik müqayisədə 18,2% çoxdur.
"Fins.az" xəbər verir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) bu barədə məlumat yayımlayıb.
Məlumata görə, 2021-ci ilin yanvar-iyun aylarında zavod 4 587 513,18 ton neft idxal edib.