OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) texniki komitəsi bu il dünya bazarında neft təklifinin profisiti üzrə qiymətləndirməsini yüksəldib.
Komitənin hesablamalarına əsasən bu il ortalama gündəlik neft təklifinin profisiti 0,9 mln. barel təşkil edəcək ki, bu da öncəki proqnoz ilə müqayisədə 0,1 mln. barel çoxdur.
“OPEC+” ekspertləri həmçinin proqnozlaşdırırlar ki, 2023-cü ildə neft təklifi profisiti əvvəllər gözlənildiyi kimi 0,5 mln. barel yox, 0,9 mln. barel səviyyəsində olacaq.
Daha pessimist ssenariyə əsasən, 2022-ci ildə qlobal neft bazarında profisit sutkada 1,3 mln. barelə, 2023-cü ildə isə 1,5 mln. barelə qədər arta bilər. Daha optimist ssenariyə üzrə bu göstərici 2022-ci ildə 0,6 mln. barel (əvvəlki proqnoz - 0,5 mln. barel), 2023-cü ildə isə 0,8 mln. baril (oncə ki proqnoz - 0,4 mln. barel) ola bilər.
Proqnoza əsasən, OPEC+ texniki komitəsi 2022-ci ildə ortalama göndəlik neftə olan tələbat artımı proqnozunu sutkada 3,4 mln. bareldən 3,1 mln. barelə endirib. 2023-cü ildə tələbat 2,7 mln. barel artaraq 102,7 mln. barelə çata bilər.
Eyni zamanda, gözlənilir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin kommersiya neft ehtiyatları 2022-ci ildə 180 mln..barel artacaq (öncə 175 mln. barel səviyyəsində artım gözlənilirdi) - 2021-ci ilin sonundakı 2,648 mlrd. barelə qarşı 2,824 mld. barelə yüksələcək, lakin 2015-2019-cu illərin orta göstəricisindən 101 mln. barel aşağıda olacaq.
Qeyd edək ki, “OPEC+” Texniki Komitəsi neft bazarının inkişafı ssenarilərini ənənəvi olaraq razılaşmada iştirak edən ölkələrinin nazirlərinin görüşündən əvvəl qiymətləndirir. “OPEC+”un Monitorinq komitəsinin iclası və nazirlərin iclası sentyabrın 5-nə təyin edilib.
Xatırladaq ki, Azərbaycan “OPEC+”un iştirakçılarında biridir.
© apa