ABŞ-ın ötən həftə kommersiya xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə təxminən 3 milyon 300 min barel azalaraq 421,7 milyon barelə enib.
Fins.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatlarında qeyd edilib.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 8 milyon 100 min barel azalaraq 453,1 milyon barelə enib. Bu dövrdə ABŞ-ın benzin ehtiyatları 100 min barel azalaraq 215,6 milyon barel olub.