Siyasət

23 Avqust

"Azexport" vasitəsilə Küveytə “Naftalan yağları” ixrac olunacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı Azərbaycanda istehsal olunan “Naftalan yağları” məhsuluna sərbəst satış sertifikatı təqdim edib.

Fins.az bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, əsasən kosmetik vasitə kimi istifadə olunan “Naftalan yağları” Küveytə ixrac olunacaq. “Naftalan yağı” məhsulunun ilkin mərhələdə üç növdə ixracı nəzərdə tutulub.

Sərbəst satış sertifikatı ölkə prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına uyğun təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir. Sərbəst satış sertifikatının verilməsi əvvəllər 100-dən artıq Amerika qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinə yerli məhsul ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.Azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.