Siyasət

23 Avqust

"OPEC+" yeni saziş üzərində işə başlayacaq

"OPEC+ tezliklə bu ildən sonrakı yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir".

Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman "Bloomberg"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, alyansın neft bazarının qeyri-sabitliyi ilə mübarizə alətləri var: "Biz tezliklə əvvəlki təcrübəmizə, uğurlarımıza və nailiyyətlərimizə əsaslanaraq bu ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacağıq. Yeni sazişi əvvəlkindən daha effektiv etmək niyyətindəyik".