Siyasət

18 Avqust

Çexiyanın qaz anbarları 80%-dən çox doludur

Çexiyanın qaz anbarları 80%-dən çox doldurulub. Hakimiyyət qarşıdan gələn payız-qış mövsümündə ölkə sakinlərini istiliklə təmin edəcək.

Fins.az xəbər verir ki, bu barədə Çexiyanın baş nazir Petr Fiala mətbuat konfransında bildirib.

"Qaz anbarlarımız 80%-dən çox qazla doldurulub. Hökumət enerji qiymətlərinin artmasına baxmayaraq, qarşıdan gələn qış üçün vətəndaşların istilik və elektrik enerjisi ilə təmin olunması üçün lazım olan hər şeyi edəcək" - deyə nazir vurğulayıb.

© TASS