Siyasət

17 Avqust

OPEC baş katibi sərbəst hasilat güclərinin həcmlərini açıqlayıb

Qlobal neft sənayesində sərbəst hasilat gücləri sutkada 2-3 mln. barel səviyyəsində qiymətləndirilir, lakin Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) onların tükənməsini istəmir.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi, Küveytin nümayəndəsi Heysəm əl-Qais bildirib.

"Düşünürəm ki, biz nazik buzun üzərində gəzirik, çünki sərbəst güclər tükənir. Bu, bir sığorta müqaviləsi kimidir. Və biz neft bazarında sığortanın bitməsini istəmirik", deyə Heysəm əl-Qais bildirib.

Bundan əlavə, o, yenidən neft sənayesində xroniki olaraq müşahidə olunan sərmayələrin az olduğunu xatırladıb: "Düşünürəm ki, vahid həll yolu lazımdır. Problemi OPEC-dən hasilatı artırmağı xahiş etməklə həll etmək olmaz".

 

© apa