Siyasət

17 Avqust

Azərbaycanın alüminium ixracından gəlirləri 2 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 144 894,18 min ABŞ dolları dəyərində 39 388,19 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

Dövlət Gömrük Komitəsindən  bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə demək olar ki 2 dəfə, həcmi isə 29% artıb.

Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 8,61% təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycan 188 529,24 min ABŞ dolları dəyərində 67 354,77 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə, Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 66,2%, həcmi isə 12,6% artıb. 2021-ci ildə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 6,95% təşkil edib.

© apa