Əfqanıstan Rusiyadan bir milyon barelə yaxın neft almaq niyyətindədir.
Bu barədə Əfqanıstanın sənaye və ticarət naziri Nurəddin Əzizi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkəsi Rusiyadan bir milyon barel neft idxal etmək təklifi irəli sürüb və qarşı tərəfin ixrac neftinin həcmini artıracağına ümid bəsləyir.
Eyni zamanda, nazir Rusiya neftinin barterlə alınmasının mümkünlüyünü də bildirib.
Əfqanıstan Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyəti Rusiyada səfərdədir. Ölkə Rusiyadan ərzaq məhsullarının, o cümlədən buğda, un, günəbaxan yağının idxalında maraqlıdır.
© azərtac