Siyasət

15 Avqust

Saudi Aramco-nun mənfəəti 90% artıb

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco"nun mənfəəti bu ilin ikinci rübündə neft qiymətinin bahalaşması və hasilatın artması səbəbi ilə 90% artıb.

Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, bu ilin ikinci rübündə şirkətin xalis mənfəəti 48,4 milyard dollara yüksəlib. "Saudi Aramco" ötən ilin eyni dövründə 25,5 milyard dollar xalis mənfəət əldə edib.

Dünyanın ən böyük neft istehsalçıları, o cümlədən "ExxonMobil" və "BP" Ukraynadakı müharibə səbəbi ilə əmtəə qiymətlərinin artması fonunda bu dövrdə rekord gəlir əldə edib. "Saudi Aramco"nun səhmləri isə bu il 25%-dən çox bahalaşıb.