Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15 300 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 2,9% çoxdur.
"Fins.az"-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 14 789 mln. kVt-saat təşkil edib (+2,9%).