2022-ci ilin iyul ayında Azərbaycanda gündəlik xam neft hasilatı 549,9 min barel (iyun ayında 523,5 min barel) olub. "Fins.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“2022-ci ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 659 min barel olub. Bunun 549,9 min barelini xam neft, 109,1 min barelini isə kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
OPEC+ çərçivəsində Azərbaycanın iyul ayı üçün gündəlik neft hasilatı kvotası 706 min barel təşkil edib.
Beləliklə, Azərbaycan iyulda OPEC+ razılaşmasını 128,4% yerinə yetirib.