OPEC-in hesabatına görə, üçüncü rübdə qlobal neft bazarında təklif artıqlaması baş verəcək.
"Fins.az" xəbər verir ki, hesabat gündəlik təxminən 570 000 barel hasilatın artıqlığına işarə edir.
OPEC digər istehsalçılardan tələbin zəifləyəcəyini və tədarükün artacağını gözləsə də, bu rübdə qlobal neft bazarının həddən artıq təklifə gedəcəyini proqnozlaşdırıb.
OPEC aylıq hesabatında üçüncü rübdə tələbatı ödəmək üçün üzvlərinin hasil etməli olacaq neftin miqdarını gündə 1,24 milyon barel azaldaraq, 28,27 milyon barrelə endirib. Bu səviyyə OPEC-in 13 üzvünün iyulda hasil etdiyi gündəlik neft hasilatından 570 min barel aşağıdır.
OPEC-in proqnozlarına yenidən baxılması Beynəlxalq Enerji Agentliyinin (IAE) proqnozlarından fərqlənir. IEA cümə axşamı açıqladığı proqnozunda enerji istehsalı üçün təbii qaza alternativ yanacağın axtarışı səbəbindən neftə tələbatın artacağını proqnozlaşdırıb. OPEK-in proqnozunu keçən həftə qəbul edilən minimal tədarük artımı qərarının səbəbi kimi şərh etmək olar.
ABŞ prezidenti Co Baydenin hasilatı artırmaq çağırışlarına baxmayaraq, OPEC+ sentyabrın 3-də nefti gündə cəmi 100 000 barel artıraraq investorları təəccübləndirdi. Kartel məhdud artıma səbəb kimi "son dərəcə məhdud" istehsal imkanlarına diqqəti cəlb edib.
OPEC-in tədqiqat bölməsi bu rüb üçün qlobal neft tələbi proqnozunu sutkada 720 min barel azaldıb, OPEC-ə daxil olmayan ölkələr isə gündəlik hasilatı 520 min barel artırıb. OPEC üçüncü rübdə orta gündəlik istehlakının gündəlik 99,93 milyon barel olacağını gözləyir.
Müəllif:Aynur Qəniyeva