“AzerGold” QSC qiymətli metalların beynəlxalq istiqamətlərdə daşınması xidmətinə 500 min manatdan artıq vəsait yönəldəcək.
"Fins.az" etender.gov.az saytına istinadən xəbər verir ki, “AzerGold” “International Logistics Limited” şirkəti ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 500 min 747,77 manatdır.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.