Qara dənizdə yerləşən Türkiyənin “Sakarya” yatağından ilk qaz 2023-ci ilin martında əldə olunacaq.
“Anadolu” agentliyini verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
Azərbaycan neftinin qiyməti artıb
Pərviz Şahbazov: "Azərbaycanın elektrik enerjisi istehsalı 2,3% artıb"
Azərbaycan “OPEC+”un hasilatı 100 min barrel artırmaqla bağlı qərarını dəstəkləyib
Onun sözlərinə görə, yatağından təbii qazı quruya nəql edəcək kəmərin (tikintisinə 2022-ci ilin iyununda start verilib – red.) 120 kilometri artıq dəniz dibinə düzülüb, cəmi 50 kilometri qalıb.
Nazir qeyd edib ki, Ankara ölkə sərhədləri daxilində, o cümlədən offşor (dəniz – red.) zonalardakı bütün yataqların kəşfiyyatını və gələcək işlənməsini məqsəd kimi qoyub.
Xatırladaq ki, Türkiyə Qara dənizdə 540 mlrd. kubmetr qazın hasilatı və nəqlinə təxminən 10 mlrd. dollar sərmayə qoyacaq
(c)APA