Siyasət

10 Avqust

"Azərişıq"-dan Tovuzda yarımstansiyada baş verən yanğınla bağlı AÇIQLAMA

"Tovuzdakı yarımstansiyada yanğına səbəb 6 kv-luq xəttə izolyasiyalı xəttə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub". 

"Fins.az" xəbər verir ki, bu barədə Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Müstafayev məlumat verib.

"Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib"-deyə o bildirib

 Qeyd edək ki, yanğın hadisəsi Tovuz elektrik yarıstansiyasında qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğın söndürülüb..

Hazırda rayona elektrik enerjisinin verilməsi alternativ xətt vasitəsilə bərpa edilib.

Müəllif: Aynur Qəniyeva