2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyard 526,7 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,8% artıb.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,7% gəlir əldə edilib.
(c)interfax