Siyasət

09 Avqust

Sənaye istehsalı 1,5% ARTIB

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-iyul aylarında 49,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çox sənaye məhsulu istehsal edilib.

"Fins.az" xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalmış, qeyri neft-qaz sektorunda isə 10,7% artıb. 

Sənaye məhsulunun 75,6 faizi mədənçıxarma sektorunda, 20,5 faizi emal sektorunda, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.