2022-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat məsrəfləri və 791 milyon dollar əsaslı məsrəflər xərclənib.
"Fins.az" xəbər verir ki, bu barədə BP-nin 2022-ci ilin birinci yarısının yekunlarına dair hesabatında məlumat verilib.
Bildirilir ki, ilin birinci yarısında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi bp-nin icraçısı olduğu digər fəaliyyətlərlə yanaşı plana uyğun şəkildə irəliləyib.
Müəllif: Aynur Qəniyeva