Siyasət

03 Avqust

“Azərişıq” Zod yaşayış məntəqəsində enerji infrastrukturunun tikintisi üçün podratçı seçir

“Azərişıq” ASC Kəlbəcər rayonu, Zod yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xətlərinin çəkilməsi və KTM-in quraşdırılması üçün podratçı seçir.

Seçim açıq tender üsulu ilə aparılır. İştirak haqqı 500 manatdır. Tenderdə lazımi maliyyə və texniki imkanlara malik olan şirkətlər iştirak edə bilər.

Tender təklifləri 15 sentyabr saat 12:00-dək qəbul olunur.

Tender proseduru 16 sentyabr saat 12:00-da baş tutacaq.

Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.

“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.