Siyasət

03 Avqust

“Masdar”ın törəmə şirkəti Azərbaycanda GES-in tikintisi üçün 114 milyon dollar məbləğində kredit cəlb edəcək

“Masdar Azerbaijan Energy Limited Liability Company” şirkəti Azərbaycanda Qaradağ Günəş Elektrik Stansiyasının (GES) tikintisi və istismara verilməsi layihəsinə $114,2 milyon ümumi məbləğdə kredit vəsaiti cəlb edəcək.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) saytındakı məlumata sasən, bu məbləğdən $21,4 milyonu AYİB, daha $92,8 milyonu – Asiya İnkişaf Bankı (AİB), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) və Əbu-Dabi İnkişaf Fondu (ADFD) tərəfindən ayrılacaq.

Azərbaycanda Qaradağ Günəş Elektrik Stansiyasının (GES) tikintisi və istismara verilməsinə dair $51 milyon məbləğində kreditin ayrılması üçün bir həftə ərzində sənəd imzalamağı planlaşdırır.

Kredit üzrə borcalan qismində layihənin həyata keçirilməsi məqsədilə Azərbaycanda yaradılmış “Masdar Azerbaijan Energy Limited Liability Company” çıxış edəcək. Stansiyanın tikintisi “Madar” şirkətinin (BƏƏ) investisiyaları hesabına həyata keçiriləcək.

Layihənin ümumi dəyəri $250 milyon təşkil edir.

230 MVt gücündə stansiyanın 2023-cü ilin sonunda işə salınması planlaşdırılır.

Layihənin həyata keçirilməsi 110 min mənzili elektrik enerjisi ilə təmin etməyə, ildə 110 milyon kubmetr qaza qənaət etməyə və 200 min ton karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək. Bu layihə Azərbaycana istilik enerjisinin istehsalından asılılığı azaltmağa, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı hədəflərə çatmağa kömək edəcək.

Bu layihənin icrası Azərbaycanın enerji sistemində bərpaolunan enerji güclərinin müəyyən edilmiş xüsusi çəkisini 16,5%-dən 21,2%-dək çatdırmağa imkan yaradacaq.