Siyasət

03 Avqust

“Ukrayna Qaz Nəqli Sistemi Operatoru”: Azərbaycan Trans-Balkan dəhlizi ilə qaz nəqlinin daha bir mənbəyi ola bilər

Ukrayna Trans-Balkan dəhlizi ilə qazın revers (əks) tədarükü imkanının təşkilində iştirakı barədə məlumat verib. Əvvəl, “Türk axını” istifadəyə verilmədən öncə bu marşrut ilə Rusiya qazı Avropanın cənubuna və Türkiyəyə nəql edilib.

“Ukrayna Qaz Nəqli Sistemi Operatoru” şirkətinin saytında məlumat verilir ki, avqustun 1-dən Moldova ilə birləşən “Qrebenniki” nöqtəsində təbii qaz həcminin 1,5 dəfə - sutkalıq 3,96 kubmetrdən 6,12 milyon kubmetrədək artırılması imkanı təmin olunub.

Operatorun məlumatına görə, qaz kəmərinin potensial gücünü illik 20 milyard kubmetrədək genişləndirmək mümkündür.

Bu marşrut ilə nəqlin həyata keçirilməsi məqsədilə sifarişçilər Türkiyə və Bolqarıstan, Bolqarıstan və Rumıniya, Ukrayna və Rumıniya, həmçinin Moldova və Ukrayna arasında nöqtələrdə cənubdan şimala qədər gücləri bron etməlidirlər.

“Həmçinin, Azərbaycan Trans-Balkan dəhlizi ilə qaz nəqlinin daha bir mümkün mənbəyi ola bilər. Azərbaycan da regiona ixracın genişlənməsində maraqlıdır”, - “UQNSO”-dan qeyd edilib.

“Ümid edirik ki, beynəlxalq tərəfdaşlarımız da Trans-Balkan istiqamətinin tezliklə istifadəyə verilməsi üçün cavab addımları atacaqlar. Bu, Avropa ölkələrinin Rusiya qazından imtinasının sürətlənməsinə şərait yaradacaq, bu da regiondakı enerji vəziyyətini möhkəmləndirəcək”, - məlumatda “UQNSO”-nun baş direktoru Sergey Makoqonun sözlərindən sitat gətirilir