Siyasət

02 Avqust

İspaniya enerjiyə qənaəti hədəfləyən qanun layihəsini təsdiqləyib

İspaniyada hökumətin Rusiya qazından asılılığı azaltmaq üçün qaz istehlakını 7 faiz azaltmağı hədəfləyən qanun layihəsini təsdiqlədiyi bildirilib.
İspaniyanın Ətraf Mühit Naziri Teresa Ribera, qanun layihəsi ilə bağlı etdiyi şərhdə, yeni tənzimləmə ilə soyutma sistemlərinin nəzarət altında işləməsi və mağaza qapılarının bağlı saxlanması lazım olduğunu ifadə edib. 

Axşam saat 22:00-dan sonra mağaza vitrinlərinin işıqlarının söndürüləcəyini bildirən Ribera, görülən tədbirlərin 2023-cü ilin noyabr ayına qədər davam edəcəyini qeyd edib.

Yeni tənzimləmə ilə ölkədəki ofis və mağazalardakı soyutma sistemləri enerjiyə qənaət məqsədilə yayda 27 dərəcədən aşağı salınmayacaq, qışda isə 19 dərəcədən yuxarı qaldırılmayacaq.

Əsasnaməyə küçə lampalarının daxil edilməyəcəyi paylaşılıb.

Ölkədə bir aydan çoxdur ki, həddindən artıq istilər davam edir. Hökumət kondisionerdən istifadəni azaltmaqla elektrik enerjisinin qiymətlərini aşağı salmağa çağırır.

Müəllif:Aynur Qəniyeva