Siyasət

02 Avqust

Saudi Aramco ABŞ-da yerləşən Valvoline-ın törəmə şirkətini satın alır

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ABŞ-da mühərrik yağı və əlavələri istehsalçısı və distribütoru olan Valvoline şirkətinin törəmə şirkəti olan Valvoline Global Products (VGP) şirkətini satın aldığı bildirilir.

"Fins.az" xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-da yer alan xəbərə görə, Aramco 2,65 milyard dollara VGP almaq üçün müqavilə imzalayıb.

Hesabata görə, Aramco Valvoline-ın istehsal və paylama şəbəkəsindən, istifadəçilər və təchizatçılarla əməkdaşlıqdan və qlobal brend reputasiyasından faydalanacaq.

Aramco-nun emal və marketinq üzrə vitse-prezidenti Məhəmməd bin Yəhya əl-Kahtani bildirib ki, VGP-nin alınması Aramco-nun RD imkanlarını artıracaq və onun böyümə strategiyasına uyğundur.

Müəllif: Aynur Qəniyeva