Avqustun 1-dən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi vəzifəsinin icrasına Küveytin nümayəndəsi Heysəm əl-Qeys rəsmən başlayıb.
"Fins.az" xəbər verir ki, Əl-Qeys yanvarın əvvəlində OPEC ölkələrin nazirlərinin xüsusi videokonfransında baş katib seçilib, onun namizədliyi siyahıda yeganə olub.
Əl-Qeysin baş katib kimi ilk tədbirləri OPEC+ çərçivəsində avqustun 2-3-nə planlaşdırılan görüşlər olmalıdır. Bunlar texniki komitənin iclası, monitorinq nazirləri komitəsi və alyans nazirlərinin iclasıdır.
OPEC-in əvvəlki baş katibi, bu vəzifədə iki müddət (2016-cı ildən bəri) işləyən Məhəmməd Barkindo iyulun əvvəlində vəfat edib.