“B.Sərdarov adına Maşınqayırma Zavodu” törəmə açıq səhmdar cəmiyyətinin (TASC) təşkilati-hüquqi forması dəyişdirilib.
"Fins.az" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin21 iyul 2022-ci il tarixli sərəncamı ilə “B.Sərdarov adına Maşınqayırma Zavodu” TASC-nin təşkilati-hüquqi forması dəyişdirilərək, yenidən təşkil edilməklə “B.Sərdarov adına Maşınqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilib.
MMC-nin nizamnamə kapitalı 16 milyon 61 min manat həcmində müəyyən edilib.