Azərbaycan 2022-ci ilin ilk yarısında xaricə ötən ilin eyni dövrü ilə müqayisədə daha az həcmdə qaz satıb, amma qiymətlərin yüksəlməsi səbəbindən qazanc 4 dəfəyə yaxın artıb.
"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb.
Məlumata görə,bu ilin ilk yarısında 11.36 milyard kub metr həcmində xaricə təbii qaz nəql edib. Bu da 2021-ci ilin müvafiq dövrindən 6% zəif nəticədir.
Bu il qaz satışından gələn gəlir isə 7.44 mlrd. ABŞ dolları həcmində olub, yəni, öncəki ildən 3.7 dəfə çox. Təbii qazın ixracdakı payı öncəki ildə 18% olduğu halda bu il 40%-ə çatıb.
Müəllif: Aynur Qəniyeva