Almaniyada kömür elektrik stansiyalarının fəaliyyəti üçün kritik əhəmiyyət kəsb edən Ren çayının dərinliyi 1 metrdən aşağı düşüb.
"Fins.az" xəbər verir ki, Fransada atom elektrik stansiyalarının soyudulması üçün istifadə edilən Meuse çayında da dərinlik və axın azalır.
Yüksək enerji xərcləri və tənəzzül qorxusu ilə sarsılan Avropa iqtisadiyyatı indi "çay səviyyələri" böhranı yaşayır.
İqtisadi fəaliyyət üçün vacib olan və Avropa mallarının daşınmasında böyük yer tutan çaylardakı temperatur səbəbindən dərinlik səviyyələri azalır.
Almaniya üçün kömürün elektrik stansiyalarına daşınmasında xüsusi əhəmiyyət kəsb edən Ren çayının dərinliyi bəzi nöqtələrdə 1 metrdən aşağı düşüb. Çay üçün "həyəcan səviyyəsi" 150 santimetrdir. Ona görə də bu dərinlikdə daşıma çətinləşir.
Ren çayı üçün 80 santimetrdən az dərinlik nəqliyyatın hərəkətini xeyli yavaşlatır, 40 santimetrdə isə tamamilə dayanır.
Çayda daşıma fəaliyyətinin davam etdirilməsi kömürdən elektrik enerjisi istehsalının davamlı olması üçün vacibdir.