ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2022-c ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozu 10 min barel, 2023-cü ildə - 20 min barel azaldıb. "Fins.az" xəbər verir ki, bu barədə EIA-in aylıq proqnozunda bildirilir.
İdarənin məlumatına görə, 2022-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 0,68 milyon barel (iyun proqnozu - 0,69 milyon barel) səviyyəsində proqnozlaşdırılır. Cari ilin I rübündə hasilat 0,7 milyon barel təşkil edib, II rübdə 0,69 milyon barel, III rübdə 0,68 milyon barel (0,69 milyon barel), IV rübdə 0,67 milyon barel (0,69 milyon barel) həcmində proqnozlaşdırılır.
Proqnoza görə, 2023-cü ildə Azərbaycanda gündəlik 0,65 milyon barel (iyun proqnozu - 0,67 milyon barel) maye karbohidrogen hasil olunacaq.
Gələn ilin I rübündə gündəlik neft hasilatı 0,66 milyon barel (iyun proqnozu - 0,68 milyon barel), II rübdə 0,65 milyon barel (0,66 milyon barel), III rübdə 0,64 milyon barel (0,65 milyon barel), IV rübdə 0,65 milyon barel (0,67 milyon barel) səviyyəsində olacaq.
İdarənin dəqiqləşdirilmiş məlumatına görə, 2021-ci ildə Azərbaycanda gündəlik 0,72 milyon barel maye karbohidrogen hasil edilib