İtaliya may ayında neft idxalını aprel ayı ilə müqayisədə 12,8% - 5,839 milyon tona qədər artırıb.
Bu barədə İtaliyanın Ekoloji Keçid Nazirliyinin məlumatında deyilir.
Əsas tədarükçülər Rusiya (1,4 milyon ton), Liviya (903 min ton) və Azərbaycandır (852 min ton). ABŞ 453 min tonla (artım 2,4 dəfə) beşinci pilləyə yüksəlib.
May ayında İtaliya üçün idxalın orta qiyməti $106,27/1 barel təşkil edib. “Siberian Light” $101,72, “Urals” $81,93-ə əldə edilib. Ən bahalı neft növü Liviyanın “Zueitina” ($120,3), ən ucuz neft növü isə “Varandei” ($66,51) olub.
Yanvar-may aylarında İtaliya 24,4 milyon ton neft idxal edib