Siyasət

08 İyul

Avropada qazın qiyməti 2000 dollar istiqamətində artmağa davam edir

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti demək olar ki 1 950 ABŞ dollarına çatıb.

7 iyul tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) avqust fyuçerslərinin qiyməti 1 945,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 7,9% çoxdur.