Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov "SOCAR Energy Switzerland" şirkətinin təsis olunmasının 10 illiyinə edilmiş tədbirdə çıxış edib.
Bu barədə səfir öz "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, "SOCAR Energy Switzerland" yarandığı ilk gündən İsveçrənin ən iri enerji şirkətinə çevrilib.
"Həm Azərbaycanın Berndəki səfirliyi, həm də "SOCAR Energy Switzerland" 2012-ci ildə fəaliyyətə başlamasından bəri Azərbaycanla İsveçrə arasında siyasi və iqtisadi münasibətlərin inkişafı üçün əməkdaşlıq edir. Bu nəticələrlə fəxr edirəm", - səfir bildirib.
© trend