“Rusiya Qərb ölkələrinin sanksiyalarına cavab olaraq neft hasilatını əhəmiyyətli dərəcədə azaldacağı təqdirdə neftin bir barelinin qiyməti 380 dollara çata bilər”.
“Bloomberg” xəbər verir ki, bu barədə ABŞ-ın ən böyük banklarından biri olan “JP Morgan Chase”in analitikləri məlumat yayıb.
Məlumata görə, Rusiya neftinin gündəlik tədarükünün 3 milyon barel azalması London birjasında yanacağın bir barelinin qiymətinin 190 dollara qədər artmasına səbəb olacaq.