Siyasət

01 İyul

Azərbaycan alüminium ixracını kəskin artırıb

"Azəralüminium" şirkəti bu ilin yanvar-may ayları ərzində 86,6 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 80,8% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən  verilən məlumata görə, keçən ilin müvafiq dövründə şirkət 47,9 mln. dollar dəyərində məhsul ixrac edib.

Bu ilin aprel ayının göstəricisi ilə müqayisədə isə, mayda müəssisə tərəfindən keçirilən ixracın dəyəri 14,6 mln. dollar və ya 20,3% artıb.