Bu gün “Şahdəniz-2” layihəsi (Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi) çərçivəsində Türkiyəyə ilk kommersiya qaz həcmlərinin nəqlinə başlanılmasından 4 il ötür.
SOCAR-dan verilən məlumata görə, 2017-2021-ci illər arasında “Şahdəniz” yatağının ümumi qaz hasilatı 123%, cari ilin ilk 5 ayında isə 26,2% artıb.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.