Siyasət

23 İyun

Dövlətin Cənub Qaz Dəhlizinə maliyyə dəstəyi ilə bağlı nazirdən AÇIQLAMA

Dövlətin dəstəyinə ehtiyac olarsa, mən güman edirəm ki, belə bir uğurlu şirkət üçün belə bir dəstəyə ehtiyac yaranmayacaq. Amma elə bir ehtiyac yaranarsa, yəqin ki, hökumət tərəfindən bu məsələyə baxa bilər.

"Fins.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Cənub Qaz Qəhlizi layihəsibdə Azərbaycan hökumətinin maraqlarını xüsusi eyni adlı şirkət (Cənub Qaz Dəhlizi) təmsil edir. Həmin şirkətdə həm Azərbaycan hökumətinin, həm də SOCAR-ın payı var.

Nazir eyni zamanda şirkətin maliyyə ehtiyaclarının qarşılanması üçün dövlət dəstəyinin göstərilməsinə də toxunaraq "Azərbaycan hökumətini bu layihədə İqtisadiyyat Nazirliyi təmsil edir. İlk olaraq Cənub Qaz Dəhlizi layihəsi həyata keçiridikdə bildiyiniz kimi, dövlət bu layihəyə vəsait ayırmamışdı. Həmin şirkət tərəfindən bu maliyyələşmə cəlb edildi. Onu da qeyd edim ki, dövlət hər zaman bu şirkətin yanında olub və o zaman dövlət tərəfindən zəmanət də verilmişdir. Bu zəmanətlər əsasında həmin şirkət tərəfindən həm beynəlxalq məliyyə bazarlarında həm istiqrazlar buraxıldı, eyni zamanda bir çox maliyyə təşkilatlarından (Asiya İnfrastruktur İnkişaf Bankı, Avropa İnkişaf Bankı, Dünya Bankı) maliyyə resursları cəlb edilmişdi. Yəqin ki, hər hansı ehtiyac yaranarsa, ilk növbədə həmin şirkətin müşahidə şurasında bu məsələyə baxılacaq. Dövlətin dəstəyinə ehtiyac olarsa, mən güman edirəm ki, belə bir uğurlu şirkət üçün belə bir dəstəyə ehtiyac yaranmayacaq. Amma elə bir ehtiyac yaranarsa, yəqin ki, hökumət tərəfindən bu məsələyə baxa bilər,"-deyə Samir Şərifov əlavə edib.

Müəllif:Aynur Qəniyeva