Siyasət

22 İyun

Pərviz Şahbazov: Azərbaycanın hazırda hidro daxil Bərpa Olunan Enerji gücləri 1312 MVt-dır

Azərbaycanın hazırda hidro daxil Bərpa Olunan Enerji gücləri 1312 MVt-dır.

"Fins.az" xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov  rəsmi tvitter hesabında yazıb. 

O bildirib ki, qarşıdakı illərdə istismara veriləcək 1000 MVt gücündə külək, günəş və su elektrik stansiyaları və 4 QVt-lıq yeni layihələr üzrə fəaliyyətimiz enerji balansında #YaşılEnerji|nin mövqeyini gücləndirəcək.

Müəllif:Aynur Qəniyeva