Azərbaycan hökuməti 2022-ci ildə PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə 2 milyard 670 milyon manat həcmində mənfəət vergisi üzrə daxilolmalar gözləyir.
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən, bu daxilolmalar iki mənbədən formalaşacaq.
Birincisi, neft-qaz sahəsində fəaliyyət göstərən podratçı təşkilatlar tərəfindən daxilolmalar üzrə proqnoz artırılır. İlkin olaraq, onlar üçün proqnoz 630 milyon manat təşkil edib. Dünya bazarlarında neftin yüksək qiymətini nəzərə alaraq, Azərbaycan hökuməti 2022-ci il dövlət büdəcində bir barel neftin baza qiymətini $50-dən $70-dək artırır. Bununla əlaqədar PSA çərçivəsində fəaliyyət göstərən portaçılar üçün vergi ödənişi üzrə proqnoz 430 milyon manat və ya 68,3% - 1 milyard 60 milyon manatadək artırılır.
İkinci mənbə “Şahdəniz” layihəsi çərçivəsində fəaliyyət göstərən portaçı şirkətlər tərəfindən mənfəət vergisi üzrə ödənişlərdir. Dünya bazarlarında qazın yüksək qiymətini nəzərə alaraq, Azərbaycan hökuməti “Şahdəniz” layihəsinin iştirakçılarının dövlət büdcəsinə mənfəət vergisinin ödənişinə başlaya biləcəklərinə dair qərar qəbul edib. Bununla əlaqədar, 2022-ci ildə onlardan 1 milyard 610 milyon manat səviyyəsində daxilolmalar gözlənilir.
Hökumətin materiallarına əsasən, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanın Azeri Light markalı bir barel neftinin orta qiyməti $106,3 təşkil edib, baxmayaraq ki, cari il üçün proqnoz bir barel üçün $50 olub.
Xəbər verildiyi kimi, 2021-ci ildə PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişlər 1 milyard 44,6 -milyon manat təşkil edib (2020-ci ilin göstəricisindən 73% çox). 2021-ci ildə bir barel neftin orta qiyməti $71,6 tşkil edib, baxmayaraq ki, Azərbaycanın 2021-ci il dövlət büdcəsində bir barel neftin qiyməti $45 hesablanıb.
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyirlər. Həmin şirkətlər mənfəət vergisini dünya bazarlarında neüftin faktiki qiymətinə əssaən ödəyirlər.
Azərbaycan müstəqillik dövrü ərzində neft-qaz yataqlarının işlənməsi məqsədilə PSA tipli 30-dan artıq müqavilə imzalayıb.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
(c)İnterfaxAzerbaijan