Yerin təkindən səmərəli istifadə, bu sahəyə investisiya qoyuluşu ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edən amillərdəndir. Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır. Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac 14 iyun tarixində keçirilib. Hərracda Qobustan rayonunda yerləşən “Nabur” vulkan külü yatağının 1,1 hektar sahəsi, Qaradağ rayonunun “Gülbaxt” əhəngdaşı yatağının 12 hektar sahəsi və Qəbələdə yerləşən “Xırxatala” qum-çınqıl yatağının 2 hektar sahəsi istifadəyə verilib.
Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( //bit.ly/3aSTyZI )