Siyasət

15 İyun

Rusiya İtaliyaya qaz ixracını 15% azaldıb

Rusiyanın "Qazprom" şirkəti bu gün İtaliyaya qaz nəqlini ötən günlə müqayisədə 15% azaldıb.

Fins.az xəbər verir ki, bu barədə İtaliyanın "Eni" şirkəti məlumat yayıb.

Məlumata görə, İtaliya ötən il təbii qazın 40%-ni (29 milyard kubmetr) Rusiyadan idxal edib.

Əlavə edək ki, İtaliya Rusiyadan qaz asılığını azaltmaq üçün Konqo Respublikası, Anqola, Azərbaycan və Qətərlə danışıqlar aparır.